SON XƏBƏR

“Keşlədəki zavodda, günü 30 manata, təhlükəsizlik tədbiri olmadan…” – VIDEO

Sentyabr 01
09:57 2022
Bakıdakı istehsal müəssisələrindən birində işçilərin təhlükəli şəraitdə işləməsini əks etdirən kadrlar yayılıb.

Yeniavaz.com xəbər verir ki, kadrları yayan jurnalist İlkin Muradov görüntülərin metaləritmə zavodunda lentə alındığını bildirib.

"Bu zavodda günü 30 manata işləyənlərdən biri də mənim dostum idi. Keşlədəki bu zavodda belə bir istidə, bu şəraitdə gündəlik cəmi 30 manat…

Ən əsası heç bir xüsusi geyim yoxdur, heç bir təhlükəsizlik tədbiri görülmür. Baxın, adamlar odla oynayır, bu insanların əməyi istismar olunur. Dəfələrlə burada ağır xəsarət alanlar olub. Burada olan insanların bəzilərinin hansı "halda” işlədiyini biləndə isə çox da təəccüblənmədim”, – deyə jurnalist paylaşımında bildirib.

Sözügedən kadrlar sosial şəbəkələrdə qısa müddətdə yayılıb və zavodun fəaliyyəti tənqid olunub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook