SON XƏBƏR

Səudiyyə Avropanın iri neft şirkətlərinin səhmlərini satın aldı

Aprel 09
13:36 2020
Səudiyyə Ərəbistanının suveren İctimai İnvestisiya Fondu (Public Investment Fund) Avropanın neft şirkətlərinin səhmlərini aktiv şəkildə almağa başlayıb.

Qaynarinfo xəbər verir ki, bu məlumatı "The Wall Street Journal” yayıb. Məlumatda səudiyyəlilərn Equinor, Royal Dutch Shell, Total və Eni şirkətlərinin səhmlərini satın aldıqları qeyd olunur.

Fond bu şirkətlərdən 1 milyard dollar dəyərində səhm alıb və onları almağa davam edir. "Bundan sonra da oxşar satınalmalar görsək, təəccüblənmərəm", - adı açıqlanmayan Səudiyyə rəsmisi deyib.

Qəzet qeyd edib ki, bütün bunlar ölkə iqtisadiyyatını şaxələndirmək məqsədi güdən fondun strategiyasında və enerji sektorundan kənar şirkətlərin səhmlərini almaq niyyətində olduğunu göstərir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook