SON XƏBƏR

ABŞ-dan Rusiyaya aydın cavab: İrəvan və Bakı razılaşma əldə edə bilər

Avqust 08
10:20 2023
Vaşinqton üçüncü ölkələrin şərhlərinə baxmayaraq, Ermənistan və Azərbaycan arasında razılaşmanın əldə olunmasını mümkün hesab edir. 

Qaynarinfo xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə Rusiya Federasiyasının Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında Qərbin vasitəçiliyi ilə bağlı bəyanatlarını şərh edərkən deyib.

"Ermənistan və Azərbaycandan söhbət gedəndə Rusiyadan danışmaq istəmirəm. Mən birbaşa bağlı olan və bu mübahisədə birbaşa tərəf olan iki ölkə haqqında danışmaq istəyirəm. Biz bu ölkələrlə birbaşa əlaqə saxlamışıq. Xüsusi elçi Bono keçən həftə bölgəyə səfər edib və onlarla birbaşa əlaqə saxlayıb. Və inanırıq ki, bu məsələnin tərəfi olmayan digər ölkələrin şərhlərinə baxmayaraq, razılaşma əldə edilə bilər”, - Miller bildirib.

O, Vaşinqtonun razılığa gəlmək üçün tərəflərlə işləməyə davam edəcəyini vurğulayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, NATO ölkələri, o cümlədən ABŞ və Türkiyə Cənubi Qafqaza artan maraq göstərir. Rusiyalı diplomat bildirib ki, NATO-nun Cənubi Qafqaz işlərinə qarışması onu sabitliyi pozacaq və tam hüquqlu sülh nizamlanmasını uzun müddətə təxirə salacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook