SON XƏBƏR

Ermənistanın keçmiş müdafiə naziri müharibədə məğlub olmalarının səbəbini açıqlayıb

Avqust 01
12:40 2023
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan işğalçı ölkənin İkinci Qarabağ müharibəsində məğlub olmasının səbəbini açıqlayıb.

"Report” xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin şəraitini öyrənmək üçün ölkə parlamentində yaradılan komissiyada çıxışı zamanı danışıb.

D.Tonoyan bildirib ki, Ermənistanın qırıcı təyyarələri və zenit müdafiə vasitələri yox idi: "Bu texnikalar baxımından bizim imkanlarımız sıfır idi”.

Sabiq nazir hazırda parlamentində yaradılan komissiyada dindirilir.

Qeyd edək ki, D.Tonoyan hazırda həbsdədir. O, İkinci Qarabağ müharibəsi dövründə ölkənin müdafiə naziri olub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook