SON XƏBƏR

“ADA Universiteti üç illik ali təhsil modelinin tətbiqi üzərində işləyir” - Hafiz Paşayev

Dekabr 15
23:05 2023
"Artıq gənclər qısa zamanda həm bilik, həm bacarıq əldə etməklə iş bazarına tam yararlı olmaq istəyirlər. Bu məqsədlə hazırda ADA Universiteti üç illik ali təhsil modelinin tətbiqi üzərində işləyir”.

Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərə daha əlçatan edəcək:

"Rəqabət mühitində universitetlər tədqiqat və innovasiya mərkəzlərinin fəaliyyətini artırmalı, iş bazarı və elm ocaqları bir-birinin ehtiyaclarından xəbərdar olmalı və onlar birlikdə qarşılanmalıdır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook