SON XƏBƏR

“Azərbaycan Beynəlxalq Bankı” müştəriyə nələr yaşatdı...

Fevral 27
13:40 2024
"Azərbaycan Beynəlxalq Bankı” debit tam kart açdırdım. 5-6 dəfə işlətmişəm. Kartda da öz pulum var, kredit kartı deyil. Ancaq bank kartımı məndən şübhələndiyi üçün bloklayıb, bu azmış kimi kartdan pulumu çəkməyə də imkan vermir".

Bu problemlə üzləşən Regina adlı sosial şəbəkə istifadəçisi bildirib ki, kartdakı pulu çıxara bilmək üçün neçə dəfə banka getməli olub: "Bankdan zəng gəldi ki, yaxınlaşın bizim banka, sənədlərə qol çəkməlisiniz. Səbəbini soruşdum. Bildirdim ki, məndə adi, içi boş debit kartdır. Zəng edən xanım heç nə bildirmədən banka yaxınlaşmalı olduğumu dedi. Bildirdi ki, kartınızı bloklayırıq. Bankın əməkdaşına bildirdim ki, pul özümündür, pulumu çəkəndən sonra bloklaya bilərsiniz. Ancaq xanım əməkdaş mənə qulaq asmadı və kartı blokladılar".

"Mənim banka getməyə vaxtım olmur, işləyirəm. Zəng edib şikayətimi bildirdim. Mənə bildirdilər ki, məndən şübhələnirlər. Bildirdim ki, kartımı blokdan çıxarın, pulumu çıxarım, sonra bloklayın. Ancaq yenə də imtina elədilər. Qəribə bankdır, pul mənimdir, ancaq mənimlə elə danışırlar ki, sanki onların pulunu götürmüşəm. Banka yaxınlaşmışam, sorğu-sual edirlər ki, soyadınızı niyə dəyişmisiniz? Tələb edirlər ki, onlara nikah şəhadətnaməmi göstərim. Sonra məlum olub ki, işçiləri məni kartımı aktiv edəndə məni Rusiya vətəndaşı kimi qeyd ediblər. Və başıma da bu oyunlar gəlib. Özlərinə də bildirdim ki, artıq onların bank kartını istəmirəm, çünki adam incidirlər. ABB bankdan çox narazı qaldım. Nə müştərini dinləyirlər, nə də qulaq asırlar. Müştəriylə də çox pis danışırlar”, - deyə o bildirib. 
 
Mənbə: Arqument.az
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook