SON XƏBƏR

Azərbaycan millisi İsveçi darmadağın etdi

Noyabr 17
06:42 2023
Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Bakıda İsveçi qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma komandamızın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 3-cü və 89-cu dəqiqədə kapitan Emin Mahmudov və 6-cı dəqiqədə Renat Dadaşov vurub.

57-ci dəqiqədə Bəhlul Mustafazadə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, yığmamız tarixində ilk dəfə Skandinaviya təmsilçisini məğlubiyyətə uğradıb. Millimiz bu nəticə ilə İsveçlə xallarının sayını bərabərləşdirib. Hər iki kollektivin hazırda 7 xalı var.

F qrupunun digər görüşündə Avstriya səfərdə Estoniyanı məğlub edib - 2:0.

Qeyd edək ki, Azərbaycan komandası seçmə mərhələdəki sonuncu matçını səfərdə Belçiya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

AVRO-2024

Seçmə mərhələ

F qrupu
 
16 noyabr

Azərbaycan - İsveç 3:0

Qollar: Emin Mahmudov, 3; 89 Renat Dadaşov, 6.

Qırmızı vərəqə: Bəhlul Mustafazadə, 58.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 8. Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 17. Toral Bayramov, 9. Renat Dadaşov.

Ehtiyat oyunçular: 12. Yusif İmanov, 23. Rəşad Əzizov, 6. Höccət Haqverdi, 10. Mahir Emreli, 13. Turan Manafov, 14. Eddi İsrafilov, 15. Amin Seydiyev, 16. Elvin Camalov, 18. Ozan Can Kökçü, 19. Nəriman Axundzadə, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı.

Baş məşqçi: Canni De Byazi.

İsveç: 1. Robin Olsen, 13. Ken Sema, 4. Filip Helander, 3. Viktor Lindelöf (k), 14. Linus Valqvist, 10. Emil Forsberq, 18. Samuel Qustafson, 9. Yens Kayuste, 19. Mattias Svanberq, 21. Deyan Kulusevski, 17. Viktor Qyökeres
 
Ehtiyat oyunçular: 12. Viktor Yohansson, 23. Kristoffer Nordfeldt, 2. Emil Kraft, 5. İsak Hin, 6. Niklas Hult, 7. Viktor Klaesson, 8. Albin Ekdal, 11. Markus Roden, 15. Karl Starfelt, 16. Huqo Larsson, 20. Kristoffer Olsson, 22. Robin Kayson.

Baş məşqçi: Yanne Anderson.

Hakimlər: Ester Ştaubli, Jonas Erni, Susanne Küng, Mirel Turkes (İsveçrə).

VAR hakimləri: Lukas Fahndriç, Lionel Tsxudi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook