SON XƏBƏR

Bu generalın oğlu tenderdə 778 min manat uddu - FOTO

Sentyabr 08
17:24 2023
Azərenerji” ASC tərəfindən keçirilən tender müsabiqəsini qalibi "ATL Tech” MMC (VÖEN – 2002575181) olub.

Qlobal.az Ekonominfo.az-a istinadla xəbər verir ki, "ATL Tech” MMC "Azərenerji” ASC-yə qurğu və avadanlıqların məlumat bazasının yaradılması, vahid mərkəzdən nəzarət edilə bilməklə idarə edilməsi sistemini satacaq və qarşılığında 778 min 800 manat alacaq.

Məlumat üçün bildirək ki, "ATL Tech” MMC 22.02.2013-cü il tarixində "Nəsimi rayonu, Bülbül pr, ev 105, M12, m. 3” ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Anar İsmayıl oğludur.

Şirkətin rəsmi veb-saytında qeyd olunur ki, şirkətin 2 həmtəsisçisindən biri fövqəlada hallar nazirinin (FHN) birinci müavini, general-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevdir.
 


Rəfail Mirzəyev 
 
Rəşad Mirzəyev 1988-ci ildə anadan olub. Şirkət təsis olunanda 25 yaşı olub. Mirzəyev öz şəxsi blogunda yazır ki, "ATL Group”-un təsisçisi və icraçı direktorudur. Qrupa "ATL Academy”, "ATL Tech”, "ATL Consulting”, "ATL SMS”, "ATL Trading” və "Əjdaha” fast food (dönər evləri) daxildir. Eyni zamanda bir neçə yerli və xarici start-uplarda partnyordur.

General oğlunun fəaliyyətilə bağlı maraqlı məqamlardan biri də odur ki, onun təsisçisi olduğu "ATL Tech” MMC atasının yüksək vəzifə (birinci müavin) tutduğu nazirlik (FHN) tərəfindən keçirilən tenderlərdə qalib olur.

"ATL Tech” MMC FHN tərəfindən 2021 və 2022-ci illərdə keçirilən ümumi dəyəri 2 milyon 202 min manat olan 7 tender müsabiqəsinin qalibi olub.

Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 11-cı maddəsində "dövlət satınalmalarında maraqların ziddiyyəti”nə dair tələblər yer alıb. Həmin maddənin 13.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, qəyyumluq, hamilik və ya övladlığa götürmə, təsisçilik və asılılıq münasibətləri olanların satınalma prosedurlarında iştirakına yol verilmir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook