Əlyazmalar İnstitutunda nə baş verir? - Akademiklərin gizli savaşı...

Fevral 17
00:46
2025
Azərbaycan Milli Elmlər AKademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoruna müavin təyin edilib.
Bu barədə Qlobal.az-ın elektron poçtuna göndərilən məlumatda deyilir.
Məlumata görə direktor müavini vəzifəsinə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovu təyin etdirib.
Məlumatda daha sonra deyilir:
"Ə.Bağırov həmin institutun şöbə müdiri, dosent, mətnşünas, farsşünasdır. Vaxtilə xasiyyətcə qalmaqallı şəxs olan Ə.Bağırov alimlərlə plagiat, mübahisələrlə bağlı məhkəmələrdə çəkişmələrdə idi. AMEA prezidenti, akademik İ.Həbibbəyli onu çağırıb dedi ki, səni şöbə müdiri qoyuram, bir şərtlə: heç kəslə qalmaqal etmə, bir də hər şeyi mənə xəbər ver. Neçə vaxtdır müavin yeri boş idi. Filologiya üzrə fəlsəfə doktoru S.Əliyeva 3 ay bu vəzifədə əvəzçiliklə işləmişdi, lakin adı korrupsiyada hallandığı üçün vəzifədən azad edildi. Onsuzda indi də Həmkarlar İttifaqında korrupsiya məsələlərinə, pul yazıb silmələrə davam edir. Təbii ki, bundan AMEA və institut rəhbərliyinin xəbəri var.
İnstitutun direktoru Teymur Kərimlinin baş verən son proseslərdən razı qaldığı bildirilir. T. Kərimli daha 5-10 adamı yox, ancaq Ə.Bağırovu razı salacaq. Ona da nəsə ödənişlər edəcək. Müdafiə məsələlərində onların necə işlədiyi hamıya məlumdur.
73 yaşında olan Ə. Bağırov ötən il insult keçirib. Əmək qabiliyyətini itirmək üzrədir.
Ötən gün Əlyazmalar İnstitutunda Elmi Şura çağırılıb. Rəyasət Heyətinin Elm şöbəsinin müdiri Sərxan Xavəri və kadrların rəisi Aynur Mahmudova qocaman Əkrəm Bağırov Daxil oğlunu müavin kimi kolkektivə təqdim ediblər. T.Kərimlinin qanı qaraymış. Əkrəm bəylə zahirən dost olsa da bu posta öz adamı var imiş. İsa müəllim dostu Ə.Bağırovu Teymur Kərimliyə nəzarətçi qoyub.
İnstitutda daha bir problem isə Nigar Babaxanlının işə vaxtlı-vaxtında gəlib-getməməsinə baxmayaraq, direktor müavini otağını zəbt etməsidir.
Bunlardan başqa Əlyazmalar İnstitutunda əlyazmaların alınması məsələsi də ayrı bir problemdir. Xəbərlərdə pafoslu yazılarla xaricdən bu qədər əlyazma almışıq deyən institut rəhbərliyi əslində həmin əlyazmaları ya internetdən tapıb yükləyir, ya hədiyyə verilir, ya da xaricə ezamiyyə yazdıraraq kimisə yalandan göndərir hədiyyə kimi gətirilən əlyazmanı 30, 40, hətta 100 min manat pulu yazdıraraq dövlətdən alıb cibinə qoyur. Əlyazma bərpaçılarının isə günü qaradır. Onlara nə xaricdə kurs keçməyə şərait yaradılır, nə kimyəvi məhsullarla işlədikləri üçün əlavə ödəniş verilir. Əllərində olan cüzi materialla kustar üsullarla da olsa əlyazmaları bərpa etməyə çalışırlar.
Axı tarixi abilərə belə laqeydliklə yanaşmaq olmaz. Onları yalnız pul mənbəyi kimi görüb Mirzə Ələkbər Sabirin dili ilə desək "Qoy mən tox olum, cümlə-cahan batsa da batsın” hərəkətini etmək bir alimə, elm ocağının rəhbərliyinə yaraşırmı? Bir ölkənin tarixini, mədəniyyətini silmək istəyirsənsə onun əlyazma, arxiv materiallarını məhv etmək kifayətdir.".
Qarşı tərəf mövqe sərgiləyə bilər.
Qlobal.az