SON XƏBƏR

İllərdir qazsız qalan ailələrin problemi nə vaxt həll olunacaq? - VİDEO

Noyabr 26
06:43 2022
Bərdənin Həzi Aslanov küçəsində yaşayan 10-a yaxın ailə qaz üzünə həsrətdir. 

Qaz xətti yaşayış məhəlləsinin cəmi 5 metrliyindən keçsə də, sakinlər neçə illərdir çətin vəziyyətlə üz-üzə qalıblar. Onlar mavi yanacağa olan ehtiyaclarını odun vasitəsilə qarşılamalı olduqlarını deyirlər.

Sakinlər problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bir nəticəsi olmadığını bildirirlər.

Məsələ ilə bağlı "Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, problem qurumun diqqətindədir. 

"Qazlaşdırma prosesi mərhələli aparılır. Lakin sakinlər gözləmək istəmirsə, "ASAN xidmət”ə müraciət edib, lisenziyası olan podratçı şirkətlərlə qazlaşma prosesini həyata keçirə bilərlər”, - deyə qurum rəsmisi əlavə edib.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
 

 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook