SON XƏBƏR

TikTok-çuların tələbələrlə görüşə çağırılması müzakirələrə səbəb oldu – Video

Dekabr 10
12:57 2022
Azərbaycanlı TikTok-çuların İqtisad Universitetində tələbələrlə görüşə dəvət edilməsi sosial şəbəkələrdə geniş müzakirə olunub.

Yeniavaz.com xəbər verir ki, TikTok-çular Nikosayağı, Sabir Samiroğlu və Zaur İsgəndərovun tələbələrə görüşü sosial şəbəkələrdə sərt tənqidlərə məruz qalıb.
Tənqidçilər tələbələrin hansı səbəbə tiktokerlərlə görüş keçirməsini sorğulayıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə məsələyə fərqli yaşanıb.

"Dərhal qeyd etmək istərdim ki, belə bir görüşlə bağlı nəinki Universitetləri tənqid etmək, əksinə təqdir etmək daha doğru olardı. Hazırda TikTok Azərbaycanın informasiya mühitində xüsusi yer tutur. Milyonlarla istifadəçisi var. Artıq onun üzərində bizneslər qurulur. Marketinq aləti olaraq və tanıtım üçün effektiv istifadə olunur. Baxıram ki, son zamanlar çox doğru olaraq dövlət mediası və TV-lər də bu sosial platformaya inteqrasiya edir. Belə bir anda UNEC-i, universitetləri TikTok-dan kənar tutmaq çağırışları doğru bir yanaşma olmazdı”, – deyə bildirib.

https://www.facebook.com/watch/?v=3286054918376962



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook