Teymur Mehdiyev nazir müavini vəzifəsindən azad edildi (SƏRƏNCAM)Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.
Qlobal.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Teymur Mehdiyev Preziden..
“Nar”da həyəcan artır – 6-cı avtomobil səni gözləyirSərfəli mobil operator "Nar”ın "Çoox Şanslı” stimullaşdırıcı
lotereyasının bu axşam növbəti qalibləri müəyyən ediləcək. Belə ki, lotereyaya
qoşulan şanslı "Nar” abunəçilərindən biri altıncı "Haval H..
Əli Kərimli barəsində 2 ay 15 gün həbs qətimkan tədbiri seçildiAzərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.
Qlobal.az "Report"a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükurovan..
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad olunduNaxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov vəzifəsindən azad olunub.
Qlobal.az xəbər verir ki, bu barədə qərar Naxçıvan Ali Məclisinin dekabrın 1-də keçirilən növbəti sessiya icla..
Bu şəxslərin icbari tibbi sığortasını dövlət ödəyəcəkGələn ildən dövlət büdcəsində ayrılmaların azalması fonunda icbari tibbi sığorta (İTS) sistemi üzrə yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək.
Baku.ws xəbər verir ki, indiyə qədər işsiz şəxslər ü..
Prezident sərəncam imzaladıZərdab rayonunun Zərdab–Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı–Xanməmmədli avtomobil yolunun əsaslı təmiri ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 2 milyon manatı ayrılıb.
..
AXCP Rəyasət Heyətinin üzvünə qarşı ittiham irəli sürüldüDövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə ittiham irəli sürülüb.
"Report"un məlumatına görə, o, Cinayət Məcəlləsinin 278.1 (hak..
Əli Kərimliyə ittiham irəli sürüldü: maddə açıqlandıAXCP sədri Əli Kərimliyə ittiham elan olunub.
Qlobal.az Trend-ə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 ..
Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi -VİDEO
Barəsində şikayətlər artan "Uğur 777” klinikasını qoruma altına alan "müvafiq orqanlar” hansılardır?
Aprelin 28-də qədirbilən Azərbaycan xalqı, xüsusən də ölkənin səhiyyə ictimaiyyəti akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünü qeyd etdi. İşıq tutulan xatirələrdə görkəmli oftalmoloq-alimin tibb elminə dair sanballı tədqiqatları, monoqrafiya, dərs vəsaitləri, ixtira və səmərələşdirici təklifləri sadalandı. Onun həkim sənətinin humanistliyinin dərin köklərindən, bəşəriliyindən, yüksək mənəvi-əxlaqi xüsusiyyətlərindən, ən başlıcası isə, məsuliyyətindən bəhs edən "Yüksək əqidə” əsəri Azərbaycan həkimləri üçün bir növ Hippokrat andı statusundadır deyildi. Görün nə yazılıb həmin kitabda: "Vicdan – bizim əsas hakimimizdir. Ağır dəqiqədə və sevinc saatında təkbətək olanda soruşur: ağ xalat geyinməyə sənin mənəvi hüququn varmı? İllər keçdikdən sonra sənin əllərin əzab çəkən insana tək biliyini deyil, narahat fikirlərini, yanan ürəyini çatdıra bilibmi? Bu, düzünü desək, şəxsi vicdan qarşısında ciddi mühakimədən çıxmaq, böyük xoşbəxtlikdir”.
İndi isə gəlin görək, bu tələblərə cavab verən vicdanlı həkimlər çoxmudur? Əminliklə demək olar ki, onların arasında "Uğur 777” adlı klinikasının rəhbəri Xəyalə İsmayılovaya yer yoxdur. Bildirilir ki, "endirim kampaniyası” pərdəsi altında, imkanları məhdud olan qadınların bədəninə və ruhuna dərin izlər buraxan bu klinikanın rəhbəri Xəyalə İsmayılovanın nə diplomu ictimaiyyətə açıq şəkildə təqdim edilir, nə də təhsil aldığı müəssisə barədə şəffaf məlumat verilir. Məlumatlarda acınacaqlı hal kimi qeyd olunur ki, bu "həkim” əməliyyatların nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən üçüncü dəfə cərrahi müdaxilə edərək, onların həm fiziki, həm də psixoloji durumunu daha da ağırlaşdırır. Kliunikanın xidmətindən narazı vətəndaşlara da qarşı təhdid və təzyiqlərdən istifadə edilir.
Eyni zamanda bunca şikayət, bu qədər sübut qarşısında niyə hələ də X.İsmayıllovanın hüquqi müstəvidə məsuliyyətə cəlb olunmaması sual doğurur. Elə bu günlərdə X.İsmayılovanın yayılmış səs yazısı həmin sualın cavabı kimi qiymətləndirilə bilər. Səs yazısında X.İsmayılova şikayət üzrə araşdırma aparan xanım jurnalistlə söhbətində iddia edir ki, o, guya "müvafiq orqanlara” da pul verir, onu qoruma altında saxlasınlar. Sonra da jurnalisti görüşüb çay, kofe içməyə çağırır, əslində özünün yaxşı insan olduğunu deyir, onu bir həmcins kimi "başa düşməyə” dəvət edir və "haqq” təklif edir. Səs yazısında həmçinin jurnalistə özünü Xəyalənin xalası oğlu kimi təqdim edən Zaur adlı şəxsin də jurnalistə pul təklif etməsindən söhbət gedir. X.İsmayılova həmin şəxsin qazi olduğunu, ona kömək etmək istədiyini bildirir. Eyni zamanda yaxın bir müddətdə yeni tibbi klinika açacağını, orada lisenziya və digər sənədlərinin qaydasında olacağını deyir. Üüstünə atılan "şər-böhtanın” kökündə isə onun nöqteyi-nəzərincə, başqa rəqib həkimlər durur. Guya onlar Xəyalənin ucuz qiymətə xidmət göstərdiyinə görə haqqında dezinformasiya yayırlar.
Amma yayılan səs yazısının altından rəy yazan şəxslər həkimlər deyil, Xəyalədən zaval görmüş və sağlamlıqlarına, estetik görkəmlərinə ziyan dəymiş pasientlərdir.
Mövzuya qayıdacağıq.(nyus.az)
Nisa Şirvanlı