Nəsimi rayonunda dərəbəylik: Ağacları doğrayıb restoran tikən kimdir? - VİDEO

Aprel 03
12:26
2025
Nəsimi rayonunun Əcəmi metrosu ərazisində "yaşıl soyqırım" davam edir.
Qlobal.az xəbər verir ki, işbazlara satılan ərazidə qanunsuz tikinti aparılır.
Ərazidə gedən tikinti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur.
Ərazidə ağacların kəsilərək yerində restoran tikilməsi üçün bəzi məmurlardan şifahi razılıq alındığı deyilir.
Aidiyyatı məmurların sözügedən tikintiyə hansı şərtlər müqabilində razılıq vermələri bir sıra suallara yol açır.
Məlumata görə obyekt sahibi bəzi məmurlara yüksək məbləğdə rüşvət verib.
Məsələ ilə bağlı aidiyyatı qurumların və ya şəxslərin mövqeyin dərc etməyə hazırıq.
Obyekt sahibinin kimliyi ilə bağlı araşdırmamız davam edir.
Bizi izləyin...
Qlobal.az