İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdiAprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.
Qlobal.az xəbər verir ki, əvvəlcə Gürcüstan..
İran ABŞ-yə məxsus daha bir təyyarəni vurduİran Silahlı Qüvvələri ölkə ərazisində baş vermiş insidentlə bağlı yeni açıqlama yayıb.
"AzPolitika" "Tasnim” agentliyinə istinadən xəbər verir ki,rəsmi məlumata görə, qəzaya uğrayan "F-15E..
"Fənərbaxça" "Beşiktaş"ı məğlub edibTürkiyə Super Liqasında XXVIII tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.
"Fənərbaxça" "Beşiktaş"ı qəbul edib. Oyunun ilk hissəsi qolsuz keçib.
İkin..
Vüsal Nəsirli onu özünə müşavir təyin etdiAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.
"AzPolitika" "Unikal”a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr ..
Ermənistan Azərbaycana folqa ixrac edə bilərAzərbaycan Ermənistandan alüminium folqa idxalına xüsusi maraq göstərib.
Ermənistan mediasının məlumatına görə, bu barədə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"Azərbaycan tər..
ABŞ Qasım Süleymaninin qardaşı qızı və onun övladını həbs edibABŞ öldürülən İran generalı Qasım Süleymaninin qardaşı qızı Həmidə Süleymani Əfşar və onun qızını həbs edib.
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə,..
Lisenziyasız işləyən Xəyalə İsmayılova rüşvət hesabına məsuliyyətdən yayındığını etiraf etdi -VİDEO
Barəsində şikayətlər artan "Uğur 777” klinikasını qoruma altına alan "müvafiq orqanlar” hansılardır?
Aprelin 28-də qədirbilən Azərbaycan xalqı, xüsusən də ölkənin səhiyyə ictimaiyyəti akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünü qeyd etdi. İşıq tutulan xatirələrdə görkəmli oftalmoloq-alimin tibb elminə dair sanballı tədqiqatları, monoqrafiya, dərs vəsaitləri, ixtira və səmərələşdirici təklifləri sadalandı. Onun həkim sənətinin humanistliyinin dərin köklərindən, bəşəriliyindən, yüksək mənəvi-əxlaqi xüsusiyyətlərindən, ən başlıcası isə, məsuliyyətindən bəhs edən "Yüksək əqidə” əsəri Azərbaycan həkimləri üçün bir növ Hippokrat andı statusundadır deyildi. Görün nə yazılıb həmin kitabda: "Vicdan – bizim əsas hakimimizdir. Ağır dəqiqədə və sevinc saatında təkbətək olanda soruşur: ağ xalat geyinməyə sənin mənəvi hüququn varmı? İllər keçdikdən sonra sənin əllərin əzab çəkən insana tək biliyini deyil, narahat fikirlərini, yanan ürəyini çatdıra bilibmi? Bu, düzünü desək, şəxsi vicdan qarşısında ciddi mühakimədən çıxmaq, böyük xoşbəxtlikdir”.
İndi isə gəlin görək, bu tələblərə cavab verən vicdanlı həkimlər çoxmudur? Əminliklə demək olar ki, onların arasında "Uğur 777” adlı klinikasının rəhbəri Xəyalə İsmayılovaya yer yoxdur. Bildirilir ki, "endirim kampaniyası” pərdəsi altında, imkanları məhdud olan qadınların bədəninə və ruhuna dərin izlər buraxan bu klinikanın rəhbəri Xəyalə İsmayılovanın nə diplomu ictimaiyyətə açıq şəkildə təqdim edilir, nə də təhsil aldığı müəssisə barədə şəffaf məlumat verilir. Məlumatlarda acınacaqlı hal kimi qeyd olunur ki, bu "həkim” əməliyyatların nəticəsində zərər çəkən qadınlara qarşı ikinci, bəzən üçüncü dəfə cərrahi müdaxilə edərək, onların həm fiziki, həm də psixoloji durumunu daha da ağırlaşdırır. Kliunikanın xidmətindən narazı vətəndaşlara da qarşı təhdid və təzyiqlərdən istifadə edilir.
Eyni zamanda bunca şikayət, bu qədər sübut qarşısında niyə hələ də X.İsmayıllovanın hüquqi müstəvidə məsuliyyətə cəlb olunmaması sual doğurur. Elə bu günlərdə X.İsmayılovanın yayılmış səs yazısı həmin sualın cavabı kimi qiymətləndirilə bilər. Səs yazısında X.İsmayılova şikayət üzrə araşdırma aparan xanım jurnalistlə söhbətində iddia edir ki, o, guya "müvafiq orqanlara” da pul verir, onu qoruma altında saxlasınlar. Sonra da jurnalisti görüşüb çay, kofe içməyə çağırır, əslində özünün yaxşı insan olduğunu deyir, onu bir həmcins kimi "başa düşməyə” dəvət edir və "haqq” təklif edir. Səs yazısında həmçinin jurnalistə özünü Xəyalənin xalası oğlu kimi təqdim edən Zaur adlı şəxsin də jurnalistə pul təklif etməsindən söhbət gedir. X.İsmayılova həmin şəxsin qazi olduğunu, ona kömək etmək istədiyini bildirir. Eyni zamanda yaxın bir müddətdə yeni tibbi klinika açacağını, orada lisenziya və digər sənədlərinin qaydasında olacağını deyir. Üüstünə atılan "şər-böhtanın” kökündə isə onun nöqteyi-nəzərincə, başqa rəqib həkimlər durur. Guya onlar Xəyalənin ucuz qiymətə xidmət göstərdiyinə görə haqqında dezinformasiya yayırlar.
Amma yayılan səs yazısının altından rəy yazan şəxslər həkimlər deyil, Xəyalədən zaval görmüş və sağlamlıqlarına, estetik görkəmlərinə ziyan dəymiş pasientlərdir.
Mövzuya qayıdacağıq.(nyus.az)
Nisa Şirvanlı