"Qarabağ" avrokuboklarda tarixi nailiyyətə imza atıb
![](https://qlobal.az/photo/680x365/2021-11/1636064757_c42bd486-1038-37a5-a49e-bfb732e7cb33_850.jpg?1722072146)
Noyabr 05
02:25
2021
"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.
"Report"un məlumatına görə, buna İsveçrə "Bazel"inin IV tur matçında Kiprdə "Omoniya" ilə heç-heçə etməsi səbəb olub.
Günün ilk oyununda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. Azərbaycan təmsilçisi ilə yanaşı, 8 xalı olan "Bazel" də növbəti mərhələyə adlayıb.
Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Qlobal.Az