SON XƏBƏR

Ukrayna Ordusunun mətbuat katibi gecə klubunda kef edir - VİDEO

Yanvar 10
13:11 2023
Ukrayna-Rusiya cəbhəsində savaşın davam etdiyi bir zamanda Ukrayna Ordusunun mətbuat katibi İvanna Plantovskayanın gecə klubunda əyləndiyi anları paylaşması müzakirələrə səbəb olub.

Qlobal.az Lent.az-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda xanım mətbuat katibi bir qızla cazibədar rəqs edir.

Paylaşıma insanlar "Gələn yardım pulları ilə gününü gün edir, bu nə rəzalətdir?", "Əsgərlərimiz orada can verir, sən isə..." və s. tipli tənqidi şərhlər yazıblar.

Bundan başqa, İvanna yeni ili qeyd etmək üçün Fransanın paytaxtına üz tutub, açıq-saçıq əlbisə ilə Eyfel qülləsinin qarşısında görüntülər paylaşıb.

Onu da qeyd edək ki, İvanna Plantovskayanın bu addımları ilə Rusiya tərəfinə optimist mesajlar ötürmək və Ukraynanın yıxılmadığını göstərmək istədiyini düşünənlər də var.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook