SON XƏBƏR

Zəlimxan Yaqubun xatirə gecəsinin biletləri satışa çıxarıldı - Şairin adı ilə pul qazananlar kimlərdir?

Yanvar 14
13:23 2023
Xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsinin biletləri satışa çıxarılıb.
 
Bu barədə Qlobal.az-a oxucular məlumat verib. 
 
Oxucunun elektron poçtumuza göndərdiyi məktubda deyilir: 
 
"Xatirə gecəsinə bilet satılması məni çox sarsıtdı. Axı bu nə deməkdir? Xatirə gecəsi də pullumu olar? Özü də Zəlimxan Yaqub kimi bir dühanın xatirə gecəsi. Bu necə təşkilatçılıqdır? Bu necə tədbir keçirməkdir? Kimlərdir bu tədbiri keçirən? Mədəniyyət nazirliyi hara baxır? Axı tədbir məhz onların tabeliyində olan məkanda keçirilir. Yoxsa elə nazirliyin xeyir-duası iləmi keçirilir? Gərək burda da qazanc güdülsün? Yəni artıq xatirə gecələrini də biznes maraqları üzərindən qururlar? Kimsə deyə bilər ki, yalandır, bilet satışı yoxdur. O zaman xahiş edirəm, bilet satışıyla məşğul olan saytlara baxın ( https://iticket.az/events/concerts/memorial-night-of-peoples-poet-zalimkhan-yaqub/84345 ) Dediyim ki, hər necə olur olsun o tədbirə qatılmaq istədim, həm də ona görə ki görüm tədbiri necə təşkil ediblər. Bir nəfər dedi ki, guya bilet söhbətini yığışdırıblar. Sevindim və Muğam mərkəzinə zəng etdim (yanvarın 13-də). Dedilər biletlədir, biletin qiyməti də 10 manatdır. Mənə məsləhət gördülər ki, iticket.az saytından onlayn və ya şəhərdəki kassalardan əldə bilərəm. Ancaq sonra məlum oldu ki artıq bilet qalmayıb. Yəni təşkilatçılar biletləri müxtəlif yollarla satıb qurtardıqdan sonra indi deyirlər ki biz tədbirə bilet satmırıq". 
 
Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqubun xatirə gecəsi Beynəlxalq Muğam Mərkəzi və "Dədə Ələsgər Ocağı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. 
 
Təşkilatçılar məsələyə aydınlıq gətirməyiblər. 
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook