SON XƏBƏR

DÇ 1/4 final mərhələsi:Belçika Braziliyanı məğlub etdi

İyul 07
00:12 2018
Rusiyada keçirilən futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.

Musavat.com xəbər verir ki, 1/4 final mərhələsinin bu günkü ilk oyununda Fransa Uruqvay millisi ilə üz-üzə gəlib. Qarşılaşmada Fransa millisi 2-0 hesabı ilə Uruqvayı məğlub edib. Bununla da Fransa millisi yarımfinala vəsiqə qazanıb. Onu da qeyd edək ki, Fransa yığması yarımfinalda Braziliya-Belçika cütünün qalibi ilə qarşılaşacaq.

Hazırda isə 1/4 final mərhələsinin bu gün üçün təyin edilmiş ikinci oyunu başlayıb. Rusiyan Kazan şəhərində "Kazan Arena"da Braziliya - Belçika millisi qarşılaşır.

Qeyd edək ki, komandalar meydana aşağıdakı "11-lik"lə çıxıb:

Braziliya: 1. Alisson Bekker, 2. Tiaqo Silva, 3. Miranda, 9. Qabriel Jezus, 10. Neymar, 11. Filippe Koutinyo, 12. Marselo, 15. Paulinyo, 17. Fernandinyo, 19. Villian, 22. Faqner

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Vensan Kompani, 5. Yan Vertongen, 6. Aksel Vitsel, 7. Kevin De Bruyne, 8. Maruan Fellaini, 9. Romelu Lukaku, 10. Eden Azar, 15. Tomas Myonye, 22. Naser Şadli

****

22:00. Braziliya – Belçika - 1:2 
 
Qollar: Fernandinyo, 13-avtoqol (0:1), de Brüyne, 31 (0:2), Renato Auqusto, 76 (1:2)
 
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
Kazan Arena


 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook