SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Gürcü siyasətçi Metyu Brayza barədə Baş prokurorluğa müraciət edib

Sentyabr 13
09:34 2019
Gürcüstan parlamentinin müxalif "Gürcüstan vətənpərvərləri Alyansı” partiyasından vitse-spikeri İrma İnaşvili ABŞ-ın Bakıdakı keçmiş səfiri, Minsk Qrupunun keçmiş həmsədri Metyu Brayza barədə Baş prokurorluğa müraciət edib. İnaşvili onun barəsində böhtan atma üzrə araşdırma aparmağı tələb edir. Virtualaz.org xəbər verir ki, buna səbəb ötən gün Tbilisdə keçirilən beynəlxalq konfransda baş vermiş qarşıdurmadır.

Belə ki, Gürcüstanın iqtisadi siyasət araşdırmaları Mərkəzinin və ABŞ-ın Makkeyn İnstitutunun birgə təşkil etdiyi beynəlxalq konfrans zamanı İrma İnaşvili ilə konfransın təşkilatçılarından biri, ABŞ dövlət katibinin keçmiş köməkçisi David Kramer arasında qarşıdurma yaranıb.

İnaşvili konfransa dəvət olunmasa da "Avropa Gürcüstanı-azadlıq uğrunda hərəkat” müxalif partiyasından deputat Giqi Bokeriyanın bir gün əvvəl konfransda onların partiyasının haqqında işlətdiyi ifadələrə etiraz etmək üçün konfrans zalına daxil olub. Giqi Bokeriya konfransdak çıxışında deyib ki, "Gürcüstan vətənpərvərlər Alyansı” Rusiyaya bağlıdır və bu ölkənin maraqlarını ifadə edir.

Konfransın təşkilatçıları , o cümlədən Kramer əvvəlcə İnaşvilinin çıxış etmək barədə xahişini rədd ediblər. Daha sonra dövlət katibinin keçmiş köməkçisi vitse-spikerə yaxınlaşıb və ondan tələb  edib ki,  yanında gətirdiyi jurnalistlərlə birlikdə konfransı tərk etsin. Lakin bu zaman Kramerlə İnaşvili arasında sözlü qarşıdurma yaranıb. Sonda İnaşviliyə çıxış etmək imkanı yaradılıb.

Çıxışının sonunda vitse-spiker David Kramerdən insidentə görə üzr istəməyi də tələb edib, bildirib ki, Gürcüstan parlamentini təmsil etdiyi üçün ona qarşı edilən hərəkət yolverilməz idi.

Konfransda iştirak edən digər keçmiş amerikalı diplomat, ABŞ-ın Bakıdakı keçmiş səfiri Metyu Brayza isə jurnalistlərə insident haqda danışarkən deyib ki, İrma İnaşvili David Kramerə hücum çəkib, onu cırmaqlayıb.

İnaşvili bu açıqlamanı "böhtan” adlandırıb və Brayzanın barəsində təhqiqatın başladılması üçün Gürcüstan Baş prokurorluğuna müraciət edib. İnaşvilinin sözlərinə görə, onunla Kramer arasında sözlü qarşıdurmanın yarandığı bir vaxtda Brayza jurnalistlərə yalan məlumat verib.

"Mən Baş prokurorluğa müraciət edirəm ki, böhtan və yalana görə araşdırma başlatsın. Qoy orada itirak edən bütün adamları dindirsinlər. Qoy Krameri və xanım Nino Yevgenidzeni (təşkilatçılardan biri) dindirsinlər. Mənə qarşı zorakılıq edənlərin hamısı cavab verməlidir. Tələb edirəm ki, Kramerə və Metyu Brayzaya qarşı təhqiqat başladılsın. Brayza yalançıdır və böhtan yayır, David Kramer isə zorbadır və yalançıdır”,-vitse-spiker bildirib.

Ötən gün axşam İnaşvilinin partiyasının gənclər qanadı Tbilisidə XİN-in binası qarşısında Kramerin persona non-qrata elan edilməsi tələbi ilə aksiya keçiriblər. Bazar günü isə partiya ABŞ-ın Tbilisidəki səfirliyi qarşısında aksiya keçirməyə hazırlaşır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook