SON XƏBƏR
  • Millimiz Moldovaya qalib gəldi2020-ci ildə təşkil olunacaq futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində Azərbaycan milli komandası bu gün ilk oyununu keçirib.  Qaynarinfo xəbər verir ki, Joze Alesio Da Silva..
  • 72 yaşlı icra başçısı da yola salınırSon günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.    Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış m..
  • Daha bir korrupsiya yuvası ləğv ediləcək"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ləğv ediləcək. Bu barədə Qaynarinfo-ya etibarlı mənbədən məlumat daxil olub.  Məlumata görə, sözügedən səhmdar cəmiyyətin "Azərsu" ASC-yə birləşd..
  • “Nar” “Canlı kitab” sosial layihəsinə başlayıbSosial əhəmiyyət daşıyan layihələrdə fiziki məhdudiyyətli şəxslərə hər zaman dəstək göstərən "Nar”, "Radio Antenn" 101 FM-lə birgə "Canlı kitab” layihəsinə start verib. Layihə çərçivəsində dünya və Az..
  • Ramiz Mehdiyev AMEA prezidenti olduOktyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilir. Qlobal.az xəbər verir ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri, akademiyanın institut və təşkilatların..
  • Prezident İlham Əliyev Ramiz Mehdiyevi qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Ramiz Mehdiyevi qəbul edib və ona "Heydər Əliyev” ordenini təqdim edib.   Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti mə..
  • Prezident Ramiz Mehdiyevi “Heydər Əliyev” ordeni ilə təltif edibAkademik Ramiz Mehdiyev "Heydər Əliyev” ordeni ilə təltif edilib. APA-nın xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. R. Mehdiyev Azərbaycan Respublikasın..
  • Prezident Təhlükəsizlik Şurasının tərkibini dəyişdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 779 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının tərkibi”ndə dəyişikli..
  • Prezident İlham Əliyev Mikayıl Cabbarovu qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Mikayıl Cabbarovu yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib. Qlobal.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentin..
  • Prezident Ramiz Mehdiyevi vəzifəsindən azad etdiPrezident İlham Əliyev Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Qlobal.az xəbər verir ki, sərəncamd..

Leyla Əliyeva fotosərginin açılışında iştirak edib (FOTO)

Sentyabr 20
21:11 2019
Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş "Bir günəş altında” adlı fotosərgi açılıb.

Sərgi Heydər Əliyev Fondunun dəstəyi, Bakı Media Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Bu sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış fotoşəkilləri təqdim edilir. Sərgidə nümayiş olunan fotoların müəllifləri Bakı Media Mərkəzinin fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyevdir.

Vüqar İbadov fotosərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: "Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin reallaşdırdığı layihədir. Bu sərgidə yer alan fotoların ərsəyə gəlməsinə bir il vaxt sərf edilib. Biz bu müddət ərzində ölkəmizin bir sıra regionlarında olmuşuq. Demək olar ki, bütün fəsillərdə rayonlarda və ucqar kəndlərdə çəkilişlər aparmışıq. Bu sərgidə həm də biz ölkəmizin tolerant dəyərlərini göstəririk. Fotosərgi bundan əvvəl Fransanın Paris və Kann şəhərlərində Azərbaycan günləri çərçivəsində də təqdim olunub. Bu işin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümüzü bildiririk”.

Zaur Mirzəyev layihə ilə bağlı məlumat verərək deyib ki, hələ çəkilişlərə 2016-cı ildən başlanılıb. Ölkəmizdə yaşayan azsaylı xalqlar haqqında ekranlaşdırılan "Bir günəş altında” filminin çəkilişləri zamanı bu layihəyə start verilib. Sərgidən gördüyünüz kimi, biz müxtəlif bölgələrdə yaşayan azsaylı xalqların tanınmış və yaşlı nəslinin nümayəndələrinin şəkillərini də çəkmişik. Layihənin məqsədi ölkəmizdə tolerant və multikultural ənənələri çəkib göstərmək, təbliğ etməkdir.

Layihənin reallaşdırılması zamanı filmin lentə alındığı bütün regionlarda fotoçəkilişlər aparılıb, fərqli etnik qruplara aid insanların həyatının bir anı əks olunub.

Fotosərginin təşkil edilməsində məqsəd Azərbaycanda tolerant mühitin formalaşdığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və azadlıqlardan istifadə etmək imkanı qazandığını bir daha göstərməkdir.

Qeyd edək ki, Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə Azərbaycanda "Multikulturalizm ili” çərçivəsində "Bir günəş altında” adlı film ərsəyə gətirmiş, filmdə Azərbaycanda yaşayan 17 xalqın nümayəndələrinin həyat və məişətini, mədəniyyət və incəsənətini nümayiş etdirmişdi. Mərkəzin əməkdaşları adıçəkilən layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinlərini lentə alıb, Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərənin, bu gözəl təbiətin qoynunda yaşayan müxtəlif yaşlı, fərqli etnik qruplara aid 2625 insanın fotosunu çəkib.

Sərgidə bu şəkillərin içərisindən seçilən 80 foto nümayiş olunur.
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook