SON XƏBƏR

Müstəntiq it zəncirinə bağlanan qadına əri ilə barışmağı təklif edib? (AÇIQLAMA)

May 20
15:02 2020
Bakıda həyat yoldaşı tərəfindən it zəncirinə bağlanılan qadına bağlı xəbər var.

Bu barədə Qaynarinfo-ya "Təmiz dünya” ictimai birliyinin sədri Mehriban Zeynalova məlumat verib. 

Onun sözlərinə görə, işi aparan müstəntiq qadına əri ilə barışmasını təklif edib:

"Əri qadına mütamadi xəsarətlər yetirib. Qadın dünən məsələ ilə bağlı Xəzər rayon Polis İdarəsində olub. Müstəntiq Tural müəllim 5 saatlıq görüşdən sonra zərərçəkmiş xanıma deyib ki, "ərinlə barış, onsuz da tutulmayacaq". Amma ilkin dindirmədə Xəzər rayon Polis İdarəsinin əməliyyatçısı Anar İsayev məsələyə çox peşəkar yanaşmışdı”.

Mehriban Zeynalova bildirib ki, müstəntiqin hərəkəti ilə bağlı şikayət hazırlanıb və o aidiyyatı qurumlara göndəriləcək: "Qadın əri ilə barşmaq istəmir. Əksinə, deyir ki, törətdiyi əmələ görə cəzasını çəkməsini istəyir”.

Müstəntiq Tural müəllim (soyadını dəqiqləşdirə bilmədik - red.) isə Qaynarinfo-ya açıqlamasında əri tərəfindən işgəncələrə məruz qalan qadına əri ilə barışmağı təklif etmədiyini və telefonla açıqlama vermədiyini dedi: "Bizə qadağan olunub”.

Qeyd edək ki, Bakıda kişi həyat yoldaşını itin zəncirinə bağlayaraq ona işgəncələr edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook