SON XƏBƏR

Pandemiya dövründə kommunal xərclərlə bağlı vətəndaşlara güzəşt olacaqmı? - Rəsmi açıqlama

Avqust 15
14:55 2020
"Bundan da vətəndaşlarımız istifadə edərək özlərinin kommunal xərclərini və ya digər xərclərini qarşılaya bilərlər”. 

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Pandemiyanın başlaması dünya ölkələrinin əksəriyyətinin borclanmaya müraciət etməsinə gətirib çıxardı. Ölkələr müəyyən təsisatlardan borclar götürüblər. Bilirsiniz ki, dövlətlərin borclanması da o deməkdir ki, indiki şəraitdə borclar götürülür, amma gələcək nəsillər bu borcu qaytarmalıdır. Biz isə borclanmaya getmədik. Kommunal xərclər məsələsində ölkələrin təcrübəsi fərqlidir. Azərbaycan Rsespublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xirməti tərfindən vətəndaşlara bir sıra sahələrdə ödədikləri və istifadə etdikləri xidmət müqabilində orada olan vergilərin təkrarən qaytarılması mexanizmi də mövcuddur. Hər bir vətəndaşımız da özünün etdiyi alış-veriş çərçivəsində bu vergi güzəştlərindən istifadə edə bilər və bu da vətəndaşların ailə büdcəsinə müəyyən dərəcədə bir töhfədir. Bu, dövlətimizin vətəndaşalara qayğısının bariz nümunəsidir. Ona görə də, kommunal xidmətlərin ödənişində hər hansı bir formada sui-istifadə hallarının olmaması üçün dövlətimiz tərəfindən bu model işlənilib. Bundan da vətəndaşlarımız istifadə edərək özlərinin kommunal xərclərini və ya digər xərclərini qarşılaya bilərlər. Bunlar da nəzərə alınmalıdr” - deyə PA rəsmisi qeyd edib.  



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook