SON XƏBƏR

Dünya çempionu Maqnus Karlsen Bakıda zəhərlənib

Avqust 23
06:22 2023
Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra qidadan zəhərlənib.

"Report”un xəbərinə görə, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.

Şahmatçı bildirib ki, son iki gündür yemək yeyə bilmir:

"Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim. Rəqibim isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə olduqca pis vəziyyətdə idim.

Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm. Buna görə də çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi”, - o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook