SON XƏBƏR

“Qarabağ” rəqibi ilə Xankəndi stadionunda görüşəcək

Noyabr 17
11:18 2023
Xankəndi şəhərində yerləşən stadionda ilk dəfə yerli klublarımızın iştirakı ilə futbol oyunu keçiriləcək.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu matç Azərbaycan Kubokunun 1/8 finalında "Qarabağ”la əvvəlki mərhələdən MOİK - "Ağdaş”/"Cəbrayıl” cütünün qalibi arasında keçiriləcək oyun olacaq.
Qeyd edək ki, bununla bağlı hazırlıq işləri aparılır və oyun dekabrın 21-də baş tuta bilər. Hazırda Xankəndi şəhər stadionunda təmir işləri gedir. Stadionun keçmiş qondarma rejimin "bayrağı” rənglərində olan tribunaları sökülüb yeniləri ilə əvəzlənir. Arenanın ot örtüyünün dəyişdiriləcəyi və paltardəyişmə otaqlarının da yenilənəcəyi bildirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook