SON XƏBƏR

İkiqat dünya çempionu 93 yaşında vəfat etdi

Yanvar 06
12:24 2024
Braziliya millisinin heyətində futbol üzrə dünya çempionu Mario Zaqallo 93 yaşında vəfat edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə keçmiş futbolçunun sosial şəbəkədəki səhifəsində məlumat verilib.

"Əbədi dünya çempionumuz Mario Zaqallonun vəfatını böyük təəssüf hissi ilə bildiririk. Sadiq ata, mehriban baba, qayğıkeş qayınata, sadiq dost, qalib peşəkar və böyük insan. Nəhəng kumir. Bizə böyük nailiyyətlər miras qoyan vətənpərvər. Vaxtını sizinlə keçirə bildiyimizə görə allaha şükür edir və ondan xahiş edirik ki, bizə buraxdığınız gözəl xatirələr və gözəl nümunə ilə təsəlli tapaq”, deyə mesajda qeyd edilir.

Qeyd edək ki, Zaqallo futbolçu (1958, 1962), sonra məşqçi (1970) və köməkçi məşqçi (1994) kimi FIFA Dünya Kubokunun qalibi olub.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook