SON XƏBƏR

Armen Qriqoryan Aİ nümayəndələri ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etdi

Yanvar 21
15:04 2022
Ermənistan rəsmisi Aİ nümayəndələri ilə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib.

Qlobal.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Şurası məlumat yayıb.
 
Məlumata görə, Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yanvarın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar, Avropa İttifaqının "Şərq tərəfdaşlığı" üzrə səfiri Bris Rokvo, Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin başçısı Anderu Viktorin, Fransa Prezidenti Administrasiyasının müşaviri İzabel Dümonla görüşüb.

Qeyd edilir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, delimitasiya və demarkasiyaya başlamağın vacibliyini bildiriblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook