SON XƏBƏR

Rusiya Müdafiə Nazirliyindən "İsgəndər" açıqlaması

Fevral 25
23:58 2021
Rusiya Müdafiə Nazirliyi "İsgəndər” raketləri ilə bağlı açıqlama verib.

Qlobal.az xəbər verir ki, qurum Qarabağda bu raket kompleksinin tətbiq olunmadığını açıqlayıb.

"Qarabağda "İsgəndər-M” tətbiq olunmayıb. Bütün raket ehtiyatları hərbi anbarlarda saxlanılır”- deyə açıqlamada deyilir.

Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan "İsgəndər” raketlərini Qarabağda döyüşlər zamanı tətbiq etdiklərini lakin raketlərin partlamadığını yaxud 10%-nin partladığını açıqlamışdı. (modern.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook