SON XƏBƏR

Bu gün Teymur Rəcəbovun doğum günüdür

Mart 12
03:47 2020
Azərbaycan şahmatçısı Teymur Rəcəbovun bu gün doğum günüdür. 
 
Qlobal.az xəbər verir ki, Teymur Rəcəbov 12 mart 1987-ci ildə Bakı şəhərində anadan olub. Qarri Kasparov ilə eyni şahmat məktəbində təhsil alan atası Boris Şeynin neft-qaz mühəndisi, anası Leyla Şeynin isə ingilis dili müəlliməsidir.
 
Teymur Rəcəbov atasının məşqçiliyi ilə 3 yaşında şahmat oynamağı öyrənib.
 
2006-cı ilin mayında o, UNİCEF-in Azərbaycan üzrə Milli xoşməramlı səfiri təyin edilib. 
 
Teymur Rəcəbov 2001-ci ildən Azərbaycanın beynəlxalq dərəcəli qrossmeysteridir.
 
2019-cu ilin oktyabrından etibarən reytinqinə görə Azərbaycan şahmatçıları arasında 2-ci, dünya səviyyəsində 9-cu şahmatçıdır.
 
2009, 2013 və 2017-ci illərdə Azərbaycan komandası ilə birlikdə Şahmat üzrə Milli Komandaların Avropa çempionatının qalibi olub. Onun əsas fərdi uğurları arasında 2007-ci ildə Veyk-an-Zee turnirini, 2008-ci ildə Elista Qran Prisini, 2017 Cenevrə Qran Prisini və ən son 2019-cu ildə Dünya Şahmat Kubokunu qazanması yer alır.

T. Rəcəbov 2011 və 2013-cü illərdə iki dəfə Namizədlər Turnirində mübarizə aparmış və 2020 Dünya Şahmat Çempionatına vəsiqə qazanıb.
 
Dünya Kubokundakı uğurlu nəticələri sayəsində uzun illər sonra Teymur Rəcəbov ELO reytinqini artıraraq top onluğa daxil olub.
 
Şahmatçımızı təbrik edir, yeni uğurlar arzulayırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook