SON XƏBƏR

Mariya Stadnikdən Azərbaycana təşəkkür

Fevral 28
13:07 2022
Millimizin Ukrayna əsilli qadın güləşçisi Mariya Stadnik Azərbaycana təşəkkür edib.

Qaynarinfo xəbər verir ki, o, təşəkkürünü instaqram hesabı vasitəsilə çatdırıb. 34 yaşlı idmançı ötən gün Bakıda Ukraynaya dəstək aksiyasının fotosunu Azərbaycan və Ukrayna bayraqları ilə birlikdə paylaşıb. Çempionumuz paylaşımında dua işarəsinə də yer verib. Bir neçə gün öncə Stadnik, öz profilindən Azərbaycan bayrağını götürmüşdü.

2 qat dünya və 8 qat Avropa çempionumuz Pekin-2008 və Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal qazanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook