Saleh Məmmədov narazı həndbolçularla bağlı məsələyə münasibət bildirib
![](https://qlobal.az/photo/680x365/2022-02/1643873353_2256a6c3-ae81-3bb5-9cd8-7c176fa1687d_850.jpg?1722042665)
Fevral 03
11:27
2022
"Həndbolla məşğul olanlar bilməlidir ki, Azərbaycanda ilk dəfə həndbol komandası 1955-ci ildə yaradılıb".
"Report"un məlumatına görə, bunu Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov deyib.
O bildirib ki, həmin vaxt ölkədə qadınlar bu növlə məşğul olmayıb: "Azərbaycanda görkəmli kişi həndbolçular olub. Onlar həmişə uğurlar qazanıb. Bu gün ölkədə 6 kişi, 4 qadın komandası var".