Dünya çempionu Maqnus Karlsen 16 yaşlı şahmatçıya uduzdu
![](https://qlobal.az/photo/680x365/2020-04/1587009630_7a8c7a2e-6ed7-4e44-a2da-b12bdf6c0488.jpg?1722072177)
Aprel 16
08:00
2020
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen sensasion məğlubiyyətə düçar olub.
"Report"un məlumatına görə, norveçli qrossmeyster "Banter Blitz Cup" adlı onlayn turnirin finalında 16 yaşlı iranlı Əlirza Firuzcaya uduzub - 7,5:8,5.
"Əlirza layiqli qələbə qazandı. O, inanılmaz dərəcədə güclüdür" deyə görüşdən sonra Karlsen açıqlama verib.
Firuzca kubokdan əlavə, 14 000 ABŞ dolları məbləğində pul mükafatına sahib olub.
![](http://qlobal.az/file/pic/xeber/2020-04/1587009567_3579a251-ffd4-416f-86de-6267c5560a20.jpg)
Əlirza Firuzca