2 saylı qadın məsləhətxanasının baş həkimi ticarət mərkəzini hansı vəsaitlə tikdirib?
 
							Fevral 08
									
										01:39
										2025
									
								Azərbaycanda əksər məmurların milyonlarla manat dəyərində olan mülklərə sahib olmaları barədə çox yazılıb. İlginc məqam budur ki, orta ranqlı məmurlar da artıq maaşları ilə uzlaşmayan mal-mülkə sahib olmaqdadırlar. 
Qlobal.az saytının araşdırması zamanı məlum oldu ki, maaşı ilə mülkü uzlaşmayan məmurlardan biri də Yasamal rayonunda yerləşən 2 saylı qadın məsləhətxanasının baş həkimi Yeganə Babayevadır. 
Yeganə Babayevanın bu obyekti Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Surxay Noçıyev küçəsi 387 və "D" yaşayış sahəsi, 19 D saylı sahədə yerləşir
Ticarət mərkəzi kimi fəaliyyət göstərən bu obyektin ümumi sahəsi 1500 (M2) artıqdır. 
İki mərətəbə və zirzəmidən ibarət olan bu obyektin real bazar dəyərinin 3 milyon manat civarında olduğu deyilir. 
Qlobal.az məsələ ilə bağlı qarşı tərəfdən mövqe öyrənə bilməyib.
Qarşı təərf mövqe sərgiləyə bilər. 
Qlobal.az


 
				 
				 
				 
				 
				 
				

