Almaniya Fələstin əhalisinə 30 milyon avro yardım ayıracaq

May 12
09:23
2025
Almaniya, Fələstin əhalisinə 30 milyon avro həcmində humanitar yardım ayıracaq.
APA "DPA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful Fələstin Baş naziri Məhəmməd Mustafa ilə Ramallahda keçirdiyi görüşdən sonra məlumat verib.
Ayrılan vəsait ərzaq yardımı, su təchizatı, səhiyyə xidmətləri və müvəqqəti mənzillərin inşası üçün istifadə olunacaq.
Ayrılan vəsait ərzaq yardımı, su təchizatı, səhiyyə xidmətləri və müvəqqəti mənzillərin inşası üçün istifadə olunacaq.