SON XƏBƏR

Nərimanov icra başçının müavini obyekti hansı vəsaitlə əldə edib?

Aprel 01
08:52 2025
Azərbaycanda əksər məmurların dəyəri yüz min, bəzən milyon manatlarla ölçülən villalara, ticarət mərkəzlərinə, obyektlərə sahib olması barədə mətbuatda dəfələrlə yazılıb. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan bu məmurların fantastik qiymətləri olan mülklrə hansı vəsait hesabına nail olmaqları həmişə ölkə ictimaiyyətində ciddi sual yaradıb. 
 
Qlobal.az xəbər saytının əldə etdiyi məlumata görə obyektə sahib olan məmurlardan biri də Nərimanov rayon icra hakimiyyəti başçısının müavini İradə Muradovadır. 
 
İradə Muradovanın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, giriş 113A ünvanında hazırda bazar qiyməti 400.000 min manat civarında olan obyekti var. 

İcra başçısının müavinin sözügedən obyekti hansı vəsaitlə əldə etməsi barədə məlumat yoxdur. 
 
Qeyd edək ki, İradə Muradova Nərimanov rayon İcra hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunmamışdan əvvəl humanitar məsələlər üzrə şöbə müdiri vəzifəsində çalışıb. 
 
Qlobal.az məsələ ilə bağlı Nərimanov rayon icra Hakimiyyətindən mövqe öyrənənməyə çalışsa da, qarşı tərəf mövqe bildirmədi.
 
Cahandar Laçınlı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook