SON XƏBƏR
  • Prezident Xankəndiyə səfər etdi, sakinlərlə görüşdüAzərbaycan Prezidenti İlham Əliyev fevralın 19-da Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Bulud” hotelinin açılışında iştirak edib. Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlətimizin ..
  • "Qazaxlı Alik"in oğluna hökm oxunduHədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Fuad Muradov, Ramil Paşşanov və Gülnar Hacıyevaya hökm oxunub. Qlobal.az unikal-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dad..
  • Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir...Adil Haqverdiyevlə Ramil Fərzəliyev sorğuya çəkilir - 7.6 milyon vergi borcu dövlət qurumlarını hərəkətə gətirəcək... Azərbaycanın ən tanınmış içməli su markalarından olan "Gədəbəy" və "Slavyanka"..
  • Ağalar Vəliyev qiymətləri qiymətləri bahalaşdırır - Mənzil sahibləri təlaşdaSon illər Bakının mənzil bazarında baş verən qiymət artımı, xüsusilə özünü yeni tikililərin qiymətində – ilkin bazarda göstərməkdədir. FED.az xəbər verir ki, bahalaşma daşınmaz əmlak bazarının bütü..
  • Temperatur mənfi 3 dərəcəyə düşəcəkFevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havan..
  • Fuad Nağıyev özünə daha bir müşavir axtarırDövlət Turizm Agentliyində (DTA) yeni vəzifə olaraq sədrin müşaviri vəzifəsi vakansiyaya çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzi də inzibati vəzifənin tutulm..
  • Xankəndidə Zəfər parkının təməli qoyulduAzərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının təməlqoyma mərasimində iştirak edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. ..
  • Hikmət Hacıyev Benyamin Netanyahu ilə görüşdüAzərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Bu barədə Qlobal.az ..
  • Ceyhun Cəfərov azadlığa çıxdıKürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müə..
  • Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başladıBakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb. "Report" xəbər verir ki, tədbir "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlam..

Fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi açılıb: "SPARK MMC"- dən kimlər istintaqa cəlb edilib?

Yanvar 17
14:52 2025
Əldə etdiyimiz məlumata görə yanvarın 12- si gecə saatlarında baş verən, 31 yaşlı fəhlə Abdullayev Tahir Yunsur oğlunun faciəvi ölümü ilə nəticələnən hadisəyə görə cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

Ajans.az xəbər verir ki, hadisənin kimin günahı ucbatından baş verməsi ciddi şəkildə təftiş edilir.

Bu hadisədə "SPARK MMC" yə məxsus avto pompanın aşması və texniki şərtlərə riayət edilməməsi səbəbindən bir sıra şəxslərin istintaqa cəlb edildiyi bildirilir.

Xatırladaq ki, Bakıda "Spark” MMC-yə məxsus avto pompa texniki nasazlıq ucbatından qırılıb və hadisə nəticəsində Salyan rayonun Sarvan kəndinin 31 yaşlı sakini Abdullayev Tahir Yunsur oğlu faciəvi şəkildə həlak olub.

Ajans.az-ın əldə etdiyi məlumata görə hadisə gecə saatlarında Səbail rayonu ərazisində "Hünər Group” şirkətinə məxsus ərazidə villaların tikintisi zamanı baş verib.

Tikinti gedən ərazidə avto pompanın texniki qaydalara uyğun olmadan qurulması texniki nasazlığa səbəb olub. Nəticədə ölümlə nəticələnən faciəvi hadisə baş verib.

Etibarlı mənbənin Ajans.az-a verdiyi məlumata görə ölümlə nəticələnən hadisənin baş verməsinin əsas səbəbi "Spark”MMC-də peşəkar mütəxəssislərin işdən uzaqlaşdırılması olub.

Mənbənin verdiyi məlumata görə "Spark” MMC -nin beton zavoduna yeni təyin olunan direktor Vidadi Əliyevin öz adamlarından ibarət yaxın qohumlarını işə cəlb edərək komanda formalaşdırması təcrübəli kadrların işdən azad olunması ilə nəticələnib. Texniki şöbənin müdiri Anar Nağıyevin bu işdə məsuliyyət daşıdığı deyilir. Bu şəxsin "Spark” MMC daxil olmaqla 5 şirkəti özündə birləşdirən "Azmade Group” MMC-nin idarə heyətinin sədri Emruz İsgəndərovun yaxın adamı olduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə əvvəllər satıcı işləyən "Spark” MMC-nin Texniki şöbəsinin müdiri Anar Nağıyev 1 il ərzində anbardar vəzifəsindən, qaraj müdiri vəzifəsinə gətirilib. Ən sonda isə "Spark” MMC-nin texniki şöbəsinin müdiri vəzifəsinə təyin olunub.(Ajans.az)

https://ajans.az/fehlenin-facievi-olumu-ile-bagli-cinayet-isi-acilibspark-mmc-den-kimler-istintaqa-celb-edilib
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook