Salyan İcra Hakimiyyətinin baş məsləhətçi obyekt biznesinə girişib?

Aprel 02
00:13
2025
Salyan rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rahab Əhmədov özünə obyekt tikdirib.
Qlobal.az xəbər verir ki, Rahab Əhmədovun inşa etdirdiyi obyekt Salyan şəhərinin Y.Qasımov küçəsindədir.
Baş məsləhətçinin obyektinin real bazar qiymətinin 100 min manat civarında olduğu vurğulanır.
İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisinin sözügedən obyekti hansı vəsaitlə inşa etdirdiyi sosial şəbəkə istifadəçiləri tərəfindən müzakirə olunan mövzulardandır.
Qlobal.az məsələ ilə bağlı Salyan rayon İcra hakimiyyətindən mövqe öyrənə bilmədi.
Cahandar Laçınlı
Qlobal.az