Daşkəsəndə humanitar müavin obyekt tikdirib?

Aprel 02
00:08
2025
Daşkəsən rayon İcra hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanovun obyekt tikdirdiyi deyilir.
Qlobal.az xəbər verir ki, sözügedən obyekt Neftçala rayonunda inşa edilib
Məlumata görə obyekt Namiq Süleymanovun yaxın qohumununn adına rəsmiləşdirib.
Obyektin Neftçala şəhərinin M.Əsədov küçəsində yerləşir.
Ümumi sahəsi 100 kvadrata yaxın olan obyektin qiymətinin 100 min manatdan artıq olduğu bildirilir.
Mətbuatda yazılanlara görə Namiq Süleymanov Daşkəsənin sabiq başçısı Əhəd Abıyevin kadrıdır.
Əhəd Abıyev 2023-cü ildə vəzifəsindən azad edilib.

N.Süleymanov hazırda Daşkəsən RİH-nin başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini tutur.
Qlobal.az məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib.
Cahandar Laçınlı
Qlobal.az