SON XƏBƏR

Nizami Mayılov başçısı olmayan rayonda "kəndxudalıq" edir

Fevral 01
00:27 2025
Son illər Bakı şəhərində vətəndaşların və işçilərin ən çox şikayət etdikləri qurumlardan biri də Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyidir.

Qlobal.az-ın əldə etdiyi məlumata görə, Nizami Mayılovun rəis olduğu Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində xeyli sayda adı olub, özü olmayan "işçilər”in mövcud olduğu iddia edilir. Həmin işçilərin adına yazılan əmək haqqı isə bir neçə vəzifəli şəxs arasında bölünür.

Nəzdində 16 Mənzil - Kommunal İstismar Sahəsini birləşdirən və ümumilikdə 800-ə yaxın işçinin çalışdığı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində məhz "ölü canlar”ın artmasına görə gündəlik küçələrin təmizliyi üçün işə çıxan işçilərin süpürməli olduqları ərazinin kvadratmetri artırılıb.
 
Nizami Mayılovun rəhbərlik etdiyi qurumda iki nəfərin süpürməli olduğu ərazi bir işçiyə tapşırılsa da, onların əmək haqqlarında hər hansı artım yoxdur.
 
Qeyd edək ki, Nəsimi rayonunda mərkəzi küçələrindən başqa, digər daxili məhəllə küçələri daimi zibilliklər içərisindədir.

Məlumata görə, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində rəhbərliyin əsas qazancından biri də hər ay fərdi yaşayış evlərindən, ticarət və iaşə obyektlərindən yığılan zibil pulları olub. Son aylar zibil pulu yığılmasını BŞİH-nin öz nəzarətinə götürməsi Nizami Mayılovun qazancının bir hissəsini əlindən çıxardıb. 

Birlik rəhbərliyininn digər qazancının isə JEK-lər vasitəsilə vətəndaşlardan qanunsuz olaraq mənzil pulu yığımı ilə məşğul olmasıdır. 
 
Eyni zamanda bu "qara kassa"ya sahədəki əksər obyektlərin qarşısına düzülən mallara görə də vəsaitlərin toplandığı vurğulanır.

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi rəisi Nizami Mayılovun rayon ərazisində aparılan qanunsuz tikintilərə və obyekt, balkon artırma məsələlərinə "nəzarət" etdiyi bildirilir.
 
İddialara görə sabıq başçı Asif Əsgərov rayondakı kiçik tikinti işlərinin "icazə" hüququnu Nizami Mayılova verib. 

Nəsimi rayonunda bir çox qazanxanaların ərazisində tikilən obyektlərin icazəsi və "xeyir duası" məhz Nizami Mayılov tərəfindən verilib. Mənzil Kommunal Təsərrüfatı Birliyi rəisinin Nəsimi rayonu ərazində bir neçə obyektinin olduğu bildirilir.
 
Məsələ ilə bağlı Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən mövqe öyrənmək istəsək də qarşı tərəf mövqe bildirmədi.
 
Araşdırmalarımız davam edir.
 
Cahandar Laçınlı
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook