SON XƏBƏR

Türkiyə, gəmisinin Odessa limanında Rusiyanın hücumuna məruz qalmasına münasibət bildirib

Dekabr 13
07:17 2025
Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Odessanın Çernomorsk limanında bu ölkəyə aid yükdaşıma gəmisinin Rusiyanın raket hücmuna məruz qalmasına münasibət bildirib.

"Report" xəbər verir ki, nazirlik Rusiya-Ukrayna müharibəsinin Qara dənizin təhlükəsizliyini risk altında qoyduğu vurğulayıb.

"Bununla da əvvəlki narahatlıqlarımız bir daha təsdiqini tapıb. İlk məlumata görə, gəminin şəxsi heyəti və TIR sürücüləri təxliyə edilib. Vətəndaşlarımız arasında zərərçəkən yoxdur. Odessadakı Baş Konsulluğumuz vəziyyəti nəzarətdə saxlayır. Bu hücumdan sonra Rusiya-Ukrayna savaşının sona çatdırılmasının əhəmiyyətli olduğunu bir daha vurğulayır, Qara dənizdə təhlükəsizliyi təmin etmək, enerji və limanlara hücumların qarşısını almaq üçün mexanizmin hazırlanmasına ehtiyac olduğunu xatırladırıq", - deyə, bildirilib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook